Azərbaycanın qadın güləşçisi Tatyana Varansova Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında təsəlliverici görüşlərə qatılacaq.
Sportnet.az-ın məlumatına görə, buna 53 kq-da mübarizə aparan idmançının təsnifatda uduzduğu rusiyalı Yekaterina Verbinanın finala vəsiqə qazanması səbəb olub.
O, ilk təsəlliverici qarşılaşmada monqolustanlı Munkhgerel Munkhbetlə üz-üzə gələcək.