Azərbaycan cüdoçusu Uşangi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqədə gümüş medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən gürcüstanlı legioner finalda monqolustanlı Tsetsentsengel Odxuuya uduzub.
Beləliklə, Azərbaycan yığması Böyük Dəbilqəni 2 gümüş medalla başa vurub. Daha əvvəl Məmmədəli Mehdiyev (90 kq) da finalda məğlub olub.
------------------------
Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqədə final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 90 kq çəki dərəcəsindəki həlledici qarşılaşmada rəqib yaponiyalı Sanşiro Murao olub.
Mehdiyev qarşılaşmadan məğlubiyyətlə ayrılaraq, gümüş medal qazanıb.
Qeyd edək ki, Azərbaycan yığmasının Paris turnirində ilk medalı olub.
-------------------------
Azərbaycan millisinin son 3 cüdoçusu Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə mübarizəyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, 90 kq-da yer alan Məmmədəli Mehdiyev 1/8 finalda Rafael Masedonu (Braziliya), ardınca Mixael Jqankı (Türkiyə) məğlub edib. Yarımfinalda Beka Qviniaşviliyə (Gürcüstan) qalib gələn idmançı adını finala yazdırıb. Mehdiyev qızıl medal uğrunda qarşılaşmada Sanşiro Murao (Yaponiya) üz-üzə gələcək.
100 kq-da mübarizə aparan Zelim Kotsoyev startda Pyotr Kuçeraya (Polşa) uduzaraq yarışla vidalaşıb.
100 kq-dan yuxarı çəkidə çıxış edən Uşangi Kokauri də mübarizəyə 1/8 finaldan start verib. Marvin Qado (Monako), Emre Sanal (Fransa) və Kim Min Çon (Cənubi Koreya) ilə duellərdən qalib ayrılan cüdoçu finala yüksəlib. Onun həlledici qarşılaşmadakı rəqibi Batjarqalin Odkhüü (Monqolustan) olacaq.
Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə mübarizəyə qoşulmuş cüdoçulardan Kəramət Hüseynov (60 kq), Hidayət Heydərov və Rüstəm Orucov (hər ikisi 66 kq) medalsız qalıblar.
-----------------------------------------
Bu gün Azərbaycan millisinin son 3 cüdoçusu Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə xalça üzərinə çıxacaq.
Sportnet.az-ın məlumatına görə, idmançıların hər üçü mübarizəyə 1/8 finaldan başlayacaq.
90 kq-da yer alan Məmmədəli Mehdiyev Rafael Masedo (Braziliya) / Nqayap Hambu (Fransa) cütünün qalibi ilə üz-üzə gələcək.
100 kq-da mübarizə aparan Zelim Kotsoyev Pyotr Kuçeranı (Polşa) sınağa çəkəcək. 100 kq-dan yuxarı çəkidəki isə Uşangi Kokauri xalça üzərinə çıxacaq. Onun rəqibi Marvin Qado (Monako) olacaq.
Böyük Dəbilqə
90 kq
1/8 final. Məmmədəli Mehdiyev - Rafael Masedo (Braziliya)
1/4 final. Məmmədəli Mehdiyev - Mixael Jqank (Türkiyə)
1/2 final: Məmmədəli Mehdiyev - Beka Qviniaşvili (Gürcüstan)
Final: Məmmədəli Mehdiyev - Sanşiro Murao (Yaponiya)
100 kq
1/8 final. Zelim Kotsoyev - Pyotr Kuçera (Polşa)
+100 kq
1/8 final. Uşangi Kokauri - Marvin Qado (Monako)
1/4 final. Uşanqi Kokauri - Emre Sanal (Fransa)
1/2 final. Uşangi Kokauri - Kim Min Çon (Cənubi Koreya)
Final. Uşangi Kokauri - Tsetsentsengel Odxuu (Monqolustan)
Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə mübarizəyə qoşulmuş cüdoçulardan Kəramət Hüseynov (60 kq), Hidayət Heydərov və Rüstəm Orucov (hər ikisi 66 kq) medalsız qalıblar.