
Azərbaycan güləşçiləri Bolqarıstanın Veliko Tırnovo şəhərində Dan Kolov - Nikola Petrovun xatirəsinə keçirilən beynəlxalq turnirdə ilk medallarını rəsmiləşdirib.
Sportnet.az-ın məlumatına görə, sərbəst güləşçi Osman Nurməhəmmədov (92 kq) və qadın güləşçi Elis Manolova (65 kq) bürünc medala sahib olub.
Nurməhəmmədov əvvəlcə bolqarıstanlı İliya Xristova 13:2, daha sonra isə iranlı Mehdi Hacılueyanmurafaha 9:2 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib. Finala gedən yolda o, yerli pəhləvan Ahmed Batayevə 4:6 hesabı ilə uduzub. Bu gün bürünc medal görüşünə çıxan dağıstanlı legionerin rəqibi Şimali Makedoniya təmsilçisi Recep Haydari olub. Nurməhəmmədov Haydariyə heç bir şans tanımayaraq, 10:0 hesablı qələbə qazanıb və fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Mübarizəyə 1/4 finaldan qoşulan Manolova isə macarıstanlı Viktoriya Felhonu "tuşe" ilə üstələsə də, yarımfinalda amerikalı Mallori Velteyə uduzub - 0:8. Bununla belə, bolqarıstanlı legioner bu gün rumıniyalı
Qeyd edək ki, daha əvvəl 74 kq çəkili sərbəst güləşçilərin final görüşündə Azərbaycanın iki təmsilçisi - Turan Bayramov və Cəbrayıl Hacıyevin üz-üzə gələcəkləri məlum olub.