Belarusun yunan-Roma güləşi üzrə olimpiya mükafatçısı Dmitri Debelka 46 yaşında vəfat edib.
Sportnet.az-ın məlumatına görə, tanınmış pəhləvan böyrəklərindəki problem üzündən dünyasını dəyişib.
Debelka 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında medal qazanıb. 2003-cü ildə onun böyrəklərində ağır xəstəlik aşkarlanıb. Bu səbəbdən, güləşçi Afina-2004 olimpiadasını buraxmalı olub.
Pəhləvana 2006-cı və 2016-cı illərdə böyrək köçürülüb.