
Azərbaycanın daha iki yunan-Roma güləşçisi Türkiyənin İstanbul şəhərində Yaşar Doğu-Vehbi Əmrə-Hamit Kaplanın xatirəsinə keçirilən reytinq turnirində bürünc medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 82 kq-da çıxış edən Rafiq Hüseynov və Tuncay Vəzirzadə beynəlxalq turnirdə 3-cü yeri tutublar.
Onlar müvafiq olaraq Qazaxıstan təmsilçiləri İlimdor Satayev və Raxmet Sapiyevi məğlub ediblər. Hüseynov öz rəqibinə "tuşe" ilə (11:0), Vəzirzadə isə 7:1 hesabı ilə qalib gəlib.
--------------------------------
Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Türkiyənin İstanbul şəhərində Yaşar Doğu-Vehbi Əmrə-Hamit Kaplanın xatirəsinə keçirilən reytinq turnirində final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 77-da mübarizə aparan idmançı türkiyəli Yunus Emre Başarla qarşılaşıb.
Rəqibinə 1:2 hesabı ilə uduzan Süleymanov gümüş medalla kifayətlənib.
----------------------------------
Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Türkiyənin İstanbul şəhərində Yaşar Doğu-Vehbi Əmrə-Hamit Kaplanın xatirəsinə keçirilən reytinq turnirində finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 77 kq-da yer alan idmançı mübarizəyə təsnifat mərhələsindən başlayıb. 26 yaşlı güləşçi ardıcıl olaraq, Sajan Sajan (Hindistan), Demeu Jadrayev (Qazaxıstan) və Furkan Bayraka (Türkiyə) qalib gələrək, həlledici görüşə vəsiqə qazanıb. Onun finaldakı rəqibi Yunus Emre Başar (Türkiyə) olacaq.
82 kq-da mübarizə aparan Rafiq Hüseynov və Tuncay Vəzirzadə isə bürünc medal görüşlərinə çıxacaqlar. Hüseynov təsnifatda Sinq Harpretdən (Hindistan), 1/4 finalda isə Emrah Kuşdan (Türkiyə) güclü olsa da, yarımfinalda Burhan Akbudakla (Türkiyə) bacarmayıb. Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı 3-cü yer uğrunda qarşılaşmada İlimdor Satayevi (Qazaxıstan) sınağa çəkəcək. 1/4 finalda Hasan Kılınçı (Türkiyə) məğlub edən Vəzirzadə isə yarımfinalda Mixail Braduya (Moldova) uduzub. O, bürünc medal uğrunda Raxmet Sapiyevlə (Qazaxıstan) qarşılaşacaq.
Bu gün mübarizəyə qoşulmuş digər yunan-Roma güləşçisi Ülvü Qənizadə (72 kq) isə 1/4 finalda Ensar Karabacaka (Türkiyə) məğlub olaraq, mübarizəni dayandırıb.
Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın 3 yunan-Roma güləşçisi medal qazanıb.