Ukraynanın İrpen şəhərindəki mənzili silahlı hücuma məruz qalan Azərbaycan milli komandasının qadın cüdoçusu İrina Kindzerska və ailəsi hazırda təhlükəsiz yerdədir.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, məlum hadisələrlə əlaqədar ilk günlərdən idmançı və onun ailəsi ilə daimi əlaqədədirlər.
Federasiya Kindzerska və ailəsinə imkanları daxilində lazımi dəstəyi göstərməyə hazır olduğumuzu bildirib: "İrina və ailəsinin verəcəyi qərara əsasən, müvafiq dəstəyi göstərəcəyik".
Kindzerskanın özü isə şəxsi instaqram səhifəsində üzləşdiyi hadisə ilə bağlı bunları yazıb: "Bütün ruslara mənim çəkdiyimi arzulayıram. Bu gün biz evsiz qaldıq. Amma Allaha şükür sağıq. Hamınıza dərindən nifrət edirəm".
Qeyd edək ki, İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında 78 kq-dan yuxarı çəki dərəcəsində bürünc medal qazanıb.