Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Bolqarıstanın Plovdiv şəhərində U-23 Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 62 kq çəki dərəcəsində yer alan idmançının rəqibi polşalı Paulina Malqorzata Daniş olub.
Rəqibinə 6:1 hesabı ilə qalib gələn Əliyeva finala yüksəlib. O, həlledici qarşılaşmada serbiyalı Anna Fabian ilə üz-üzə gələcək.
53 kq-da çıxış edən Gültəkin Şirinova isə yarımfinalda almaniyalı Anastasiya Blayvasla qarşılaşıb. Görüş 6:6 hesabı ilə başa çatsa da, rəqib sonuncu xal prinsipina əsasən finala adlayıb. Şirinova isə bürünc medal uğrunda rumıniyalı Beatris Lonela Ferenti sınağa çəkəcək.
Qeyd edək ki, daha əvvəl qadın güləşçilərdən Elnurə Məmmədova (55 kq) finala, Şəhanə Nəzərova (50 kq) və Nigar Mirzəzadə (68 kq) bürünc medal görüşlərinə vəsiqə qazanıblar.
-----------------------------------------
Azərbaycanın daha iki qadın güləşçisi Bolqarıstanın Plovdiv şəhərində U-23 Avropa çempionatında yarımfinala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 53 kq çəki dərəcəsində mübarizə aparan Gültəkin Şirinova 1/4 finalda fransalı Çadya Ayaçiyə qalib gəlib. Şirinova yarımfinalda almaniyalı Anastasiya Blayvasla üz-üzə gələcək.
62 kq-dakı Jalə Əliyeva eyni raundda onun həmyerlisi Amelin Duarreni məğlubiyyətə uğradıb. Əliyeva finala gedən yolda polşalı Paulina Malqorzata Danişlə görüşəcək.
65 kq-dakı Birgül Soltanova estoniyalı Viktoriya Vessoya yenilib.
Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.