
Azərbaycan cüdoçusu Ruslan Nəsirli Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatını 5-ci pillədə başa vurub.
Sportnet.az-ın yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən idmançı bürünc medal görüşündə italiyalı Yan Karlettiyə uduzub.
Azərbaycan qitə birinciliyində fərdi mübarizəni 5 medalla bitirib. Daha əvvəl Vüsal Qələndərzadə (73 kq), Elcan Hacıyev (81 kq) və Vüqar Talıbov (90 kq) qızıl, Turan Bayramov (60 kq) gümüş, İsmayıl Zamanov (90 kq) bürünc medal qazanıb.
Sentyabrın 18-də komanda yarışı baş tutacaq.
------------------------------
Azərbaycan cüdoçusu Vüqar Talıbov Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Sportnet.az-ın yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan Talıbov finalda ukraynalı İvan Kutenkova ipponla qalib gəlib.
Bu, Azərbaycanın qitə birinciliyində sayca 3-cü qızıl medalı, ümumilikdə isə 5-ci medalı olub. Daha əvvəl Vüsal Qələndərzadə (73 kq) və Elcan Hacıyev (81 kq) qızıl, Turan Bayramov (60 kq) gümüş, İsmayıl Zamanov (90 kq) bürünc medal qazanıb.
Qeyd edək ki, bu gün Azərbaycanın daha bir təmsilçisi Ruslan Nəsirli bürünc medal görüşündə italiyalı Yan Karletti ilə üz-üzə gələcək.
-----------------
Azərbaycan cüdoçusu İsmayıl Zamanov Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Sportnet.az-ın yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan Zamanov 3-cü yer uğrunda görüşdə macarıstanlı Peter Safranini üstələməyi bacarıb. O, rəqibinə qızıl xal bölümündə qalib gəlib.
Qeyd edək ki, bu çəkidəki final qarşılaşmasında Azərbaycanın digər təmsilçisi Vüqar Talıbov finalda ukraynalı İvan Kutenkovla üz-üzə gələcək.
--------------------
Azərbaycan cüdoçusu Vüqar Talıbov Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında finala yüksəlib.
Sportnet.az-ın yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 90 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda serbiyalı Milan Radula qalib gəlib.
Eyni çəkidəki İsmayıl Zamanov bu raundda ukraynalı İvan Kutenkova uduzub. Talıbov qızıl medal uğrunda görüşdə Kutenkovla üz-üzə gələcək. Zamanov isə bürün medal qarşılaşmasında macarıstanlı Peter Safrani ilə üz-üzə gələcək.
100 kq-dakı Ruslan Nəsirli də yarımfinalda italiyalı Daniele Akkoqliyə qızıl xal bölümündə uduzub. O, bürünc medal görüşündə daha bir italiyalı Yan Karlettiyə rəqib olub.
Qeyd edək ki, daha əvvəl Vüsal Qələndərzadə (73 kq) və Elcan Hacıyev (81 kq) qızıl, Turan Bayramov (60 kq) isə gümüş medal qazanıb.
--------------------
Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında bu gün Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə başlayıb.
Sportnet.az-ın yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 90 kq çəki dərəcəsində 1/16 final mərhələsində Vüqar Talıbov latviyalı Maksim Duynov ilə üz-üzə gəlib. O, rəqibinə ipponla qalib gələrək, növbəti mərhələdə israilli İnbay Qabaya rəqib olub.
Eyni çəkidəki İsmayıl Zamanov slovakiyalı Aleks Maruşkanı üstələməyi bacarıb. 1/8 finalda rəqib finlandiyalı Artur Kanevets olacaq.
100 kq-dakı Ruslan Nəsirli 1/8 finalda avstriyalı Hubert İllmeri yenib. O, növbəti mərhələdə niderlandlı Silvan Bultuislə üz-üzə gələcək.
100 kq-dan yuxarı çəkidəki Kənan Nəsibov eyni raundda moldovalı Alin Baqrinə uduzaraq, mübarizəni dayandırıb.
Eyni aqibətlə qızların yarışında 78 kq-da yer alan Nərmin Əmirli də üzləşib. Əmirli 1/8 finalda israilli Yuli Alma Mişinerə yenilib.
Qeyd edək ki, daha əvvəl Vüsal Qələndərzadə (73 kq) və Elcan Hacıyev (81 kq) qızıl, Turan Bayramov (60 kq) isə gümüş medal qazanıb.