
Bakıda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş 7-ci “Arpachay Open” beynəlxalq karate turniri keçiriləcək.
Azərbaycan Milli Karate Federasiyasından (AMKF) Sportnet.az-a verilən məlumata görə, yanvarın 20-də start götürəcək yarış ayın 22-dək davam edəcək.
AMKF və “Arpaçay” klubunun birgə təşkil etdiyi Bakı İdman Sarayındakı turnirə 6 ölkəni təmsil edən 600-dən çox idmançı qatılacaq. Kata və kumite turnirində 6-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclər, eləcə də, böyüklər və veteranlar mübarizə aparacaqlar. Karateçilər fərdi və komanda çıxışlarında iştirak edəcək.
“Arpachay Open” turnirinin açılış mərasimi yanvarın 21-də saat 17:00-da başlayacaq.