Azərbaycanın daha bir sərbəst güləşçisi Maqomedxan Maqomedov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 97 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Vladislav Baytsayevi (Macarıstan) məğlub edib.
O, həlledici dueldə Givi Matçaraşviliyə (Gürcüstan) rəqib olub.
Daha əvvəl Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) də qızıl medal uğrunda görüşə vəsiqə qazanıblar. Səbuhi Əmiraslanov (79 kq) bürünc medal, Əli Rəhimzadə (65 kq) isə təsəlliverici qarşılaşmaya çıxacaq.
Medal görüşləri sabah gerçəkləşəcək.
Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.
------------------------
Azərbaycanın sərbəst güləşçisi Səbuhi Əmiraslanov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksələ bilməyib.
Sportnet.az-ın məlumatına görə, 79 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Vasili Mixaylova (Ukrayna) məğlub olub.
O, sabah bürünc medal uğrunda qüvvəsini sınayacaq. 65 kq-dakı Əli Rəhimzadə isə rəqibi finala çıxdığı üçün təsəlliverici qarşılaşmada mübarizə aparacaq.
Daha əvvəl Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) həlledici görüşə vəsiqə qazanıblar.
Bu gün, həmçinin, Maqomedxan Maqomedov (97 kq) da yarımfinal qarşılaşmasına çıxacaq.
---------------------
Azərbaycanın daha bir sərbəst güləşçisi Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 70 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Vasile Diakona (Moldova) qalib gəlib.
O, həlledici qarşılaşmada Ramazan Ramazanovla (Bolqarıstan) üz-üzə gələcək.
Daha əvvəl Əliabbas Rzazadə (57 kq) qızıl medal uğrunda görüşə vəsiqə qazanıb.
Bu gün, həmçinin, Səbuhi Əmiraslanov (79 kq) və Maqomedxan Maqomedov (97 kq) da yarımfinal görüşünə çıxacaqlar.
-----------------------
Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib.
Sportnet.az xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Simeone Piroddunu (İtaliya) məğlub edib.
Bu gün, həmçinin, Hacı Əliyev (70 kq), Səbuhi Əmiraslanov (79 kq), və Maqomedxan Maqomedov (97 kq) da yarımfinal görüşünə çıxacaq.
-----------------------
Azərbaycanın sərbəst güləşçilərinin Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının yarımfinal mərhələsindəki rəqibləri bəlli olub.
Sportnet.az xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə finala gedən yolda Simeone Piroddu (İtaliya) ilə üz-üzə gələcək.
70 kq-dakı Hacı Əliyev bu raundda Vasile Diakonla (Moldova), 79 kq-dakı Səbuhi Əmiraslanov Vasili Mixaylovla (Ukrayna) görüşəcək.
97 kq-dakı Maqomedxan Maqomedov Vladislav Baytsayevin (Macarıstan) müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.
------------------------
Azərbaycanın daha dörd sərbəst güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə 1/4 final mərhələsində Horst Castin Lehrə (Almaniya) qalib gəlib.
97 kq-dakı Maqomedxan Maqomedov Samuel Şerrerdən (İsveçrə), 79 kq-dakı Səbuhi Əmiraslanov Vladimeri Qamkrelidzedən (Gürcüstan) güclü olub.
65 kq-dakı Əli Rəhimzadə isə Vazgen Tevanyana (Ermənistan) uduzub.
Daha əvvəl Hacı Əliyev (70 kq) bu raundadək irəliləyə bilib.
Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.
--------------------------
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı start götürüb.
Sportnet.az xəbər verir ki, yarışın ilk 3 günündə sərbəst güləşçilər mübarizə aparır. Azərbaycanın 5 pəhləvanı döşək üzərinə çıxıb.
57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə 1/4 final mərhələsində Horst Lerə (Almaniya) rəqib olub.
65 kq-dakı Əli Rəhimzadə 1/8 finalda İslam Dudayevi (Albaniya) 5:2 hesabı ilə yensə də, 1/4 finalda Vazgen Tevanyana (Ermənistan) uduzub - 1:4.
70 kq-da Hacı Əliyev təsnifat mərhələsində Canluka Talamoya (İtaliya) 12:1, 1/4 finalda Kevin Kristofer Henkelə (Almaniya) 4:0 hesabı ilə qalib gəlib. Finala gedən yolda onun rəqibi Vasile Dyakon (Moldova) olacaq.
79 kq-dakı Səbuhi Əmiraslanov 1/8 finalda İman Mahdavini (UWW) 3:0 hesabı ilə üstələyib. O, 1/4 finalda Vladimeri Qamkrelidze (Gürcüstan) ilə qarşılaşıb. Əmiraslanov görüş zamanı zədələnməsinə baxmayaraq, döşəkdən vaxtından əvvəl təmiz qələbə - 10:0 hesabı ilə ayrılmağı bacarıb.
97 kq-dakı Maqomedxan Maqomedov (97 kq) 1/8 finalda Benjamin Honisi (İtaliya( vaxtından əvvəl məğlub edib - 12:1. Maqonedov 1/4 finalda Samuel Şerreri (İsveçrə) 11:0 hesabı ilə yenib. Yarımfinalda o, Vladislav Baytkayev (Macarıstan) ilə üz-üzə gələcək.
Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.