Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 57 kq çəki dərəcəsində yarışan idmançı qızıl medal uğrunda qarşılaşmada ukraynalı Alina Akobyanı sınağa çəkib. Rəqibinə "tuş"la uduzan Əliyeva Avropa ikincisi olub.
53 kq-da çıxış edən Türkan Nəsirova isə bürünc medal görüşündə türkiyəli Zeynep Yetgilə məğlub olaraq 5-ci yeri tutub.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıb. Qadınlardan isə Mariya Stadnik Avropa çempionu olub.
----------------------
Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında bu gün yunan-Roma güləşi üzrə mübarizəyə start veriləcək.
Sportnet.az xəbər verir ki, ilk gündə Azərbaycanın 5 idmançısı yarışacaq.
Eldəniz Əzizli (55 kq) 1/4 finalda Artyom Deleanu (Moldova) / Stefan Qriqorov (Bolqarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
Taleh Məmmədov (63) Yakopo Sandron (İtaliya) / Kriştian Kekemeti (Macarıstan) cütünün güclüsü ilə qüvvəsini sınayacaq.
Sənan Süleymanov (77) 1/8 finalda Joltan Levayla (Macarıstan) qarşılaşacaq.
İslam Abbasov (87) təsnifat mərhələsində Turpal Maqamadovla (Fransa) güləşəcək.
Sabah Şəriəti (130) isə 1/8 finalda Dariuş Viteklə (Macarıstan) üz-üzə gələcək.
Bu gün həmçinin qadınların mübarizəsində Jalə Əliyeva (57 kq) qızıl, Türkan Nəsirova (53 kq) bürünc medal uğrunda görüşə, Elis Manolova (65 kq) isə təsəlliverici qarşılaşmaya çıxacaq.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) isə bürünc medal qazanıb.