Albaniyanın paytaxtı Tiranada U-23 dünya çempionatı davam edir.
Sportnet.az xəbər verir ki, bu gün Azərbaycanın daha 4 sərbəst güləşçisi mübarizəyə qoşulub.
Onlardan ikisi finala yüksəlib. Daha 2 pəhləvanımız isə bürünc medal medala yiyələnib.
57 kq
Rəhman İmanov 1/8 finalda almaniyalı Niklas Şteleyə məğlub olub - 6:10
65 kq
Zirəddin Bayramov 1/8 finalda moldovalı Pavel Qraupa sonuncu xal prinsipinə əsasən (1:1) qalib gəlib. O, ardınca Brok Hardidən (ABŞ) güclü olub - 14:11. Zirəddin yarımfinalda gürcüstanlı Qoqa Otinaşviliylə güləşib və 5:1 hesabıyla qalib gələrək finala yüksəlib. O, sabah finalda rusiyalı İbrahim İbrahimovla gücünü yoxlayacaq.
70 kq
Kənan Heybətov ilk mərhələdə rusiyalı İnalbek Şeriyevə uduzub - 3:13. Onun rəqibi finala yüksəldiyindən güləşçimiz təsəlliverici görüşdə Faruk Jelasi (Tunis) ilə qarşılaşacaq.
79 kq
Əşrəf Aşırov debütdə ermənistanlı Menua Yaribekyan üzərində inamlı qələbə qazanıb - 7:0. Həmyerlimiz 1/8 finalda ispaniyalı Qabriel Ramosu tam üstünlüklə məğlub edib - 13:0. Aşırov 1/4 finalda hindistanlı Saqar Jaqlana heç bir şans tanımayıb - 10:0. Əşrəf yarımfinalda qazaxıstanlı Şamsat Tairlə üz-üzə gəlib. Rəqibinə tam üstünlüklə (11:0) qalib gələrək finala vəsiqə qazanıb. O, sabah finalda rusiyalı Maqomed Maqomayevlə güləşəcək.
92 kq
Abdulcəlil Şabanov təsəlliverici görüşdə qazaxıstanlı Nurdaulet Bekenova vaxtından əvvəl qalib gəlib - 10:0. Həmyerlimiz 3-cü yer uğrunda görüşdə gürcüstanlı Andro Marqişviliylə qarşılaşıb. 14:11 hesabıyla qalib gələn Şabanov U-23 dünya çempionatının bürünc medalı qazanıb.
125 kq
Vaxit Qalayev belaruslu Aleksey Parka vaxtından əvvəl qalib gəlib - 10:0. Qalayev bürünc medal uğrunda görüşdə hindistanlı Kumar Aniruyla güləşib. Tam üstünlüklə (10:0) qalib gələn idmançımız dünya çempionatında bürünc medala sahib olub.