
Azərbaycan cüdoçuları Bakıda keçirilən “Böyük Dəbilqə” turnirinin ilk günündə 2 bürünc medal qazanıblar.
Sportnet.az xəbər verir ki, 60 kq-da Balabəy Ağayev, 66 kq-da isə Yaşar Nəcəfov fəxri kürsünün 3-cü pilləsinə qalxıblar.
Rəşad Yelkiyev (66 kq) və Aydan Vəliyeva (52 kq) isə 3-cü yer uğrunda görüşdə rəqiblərinə məğlub olublar.
Qeyd edək ki, ilk gündə Azərbaycanın 15 cüdoçusu mübarizə aparıb. Yığma yarışda 32 idmançı ilə təmsil olunur.