Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin növbəti iclası keçirilib.
Qurumun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, iclasda 2024-cü ilin vahid təqvim planında keçirilməsi nəzərdə tutulan yarışların təşkili müzakirə olunub.
Həmçinin struktur qurumların - federasiyaların fəaliyyətinin yüksəldilməsi, vahid diplom, sertifikat layihələrinin təsdiqi, dan kəmər, dərəcə imtahanlarının tələb olunan qaydalarda keçirilməsi, məşqçi-müəllim heyətinin sertifikatlaşdırılmasının davam etdirilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Sonda müzakirələrin nəticəsinə uyğun müvafiq qərarlar qəbul edilib.