
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Sabah Şəriəti (130 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Sportnet.az xəbər verir ki, idmançı buna Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanmaqla nail olub.
O, yarımfinal mərhələsində rusiyalı Pavel Qlinçuka (AİN) qalib gəlib.
Qeyd edək ki, daha əvvəl Murad Məmmədov (60 kq) və Rafiq Hüseynov (87 kq) olimpiya lisenziyasına sahib çıxıb.
Beləliklə, Azərbaycan olimpiadaya 23-cü lisenziyanı qazanıb.
---------------------------------
Azərbaycanın daha bir yunan-Roma güləşçisi “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
Sportnet.az xəbər verir ki, Rafiq Hüseynov (87 kq) Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində bu hüquqa sahib çıxıb.
O, yarımfinalda gürcüstanlı Laşa Qobadzeni 4:1 hesabı ilə məğlub edərək Olimpiya lisenziyası qazanıb.
Bununla da Azərbaycanın “Paris-2024”ə əldə etdiyi lisenziyaların sayı 22-yə çatıb.
----------------------------
Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Sportnet.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı bu uğura Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya təsnifat turnirində imza atıb
Yarışın yarımfinalında rumıniyalı Razvan Arnauta qalib gələn idmançı Olimpiadada iştirak hüququ qazanıb.
Bu, Azərbaycanın “Paris-2024”ə ümumilikdə 21-ci lisenziyası olub.
---------------------------------
Azərbaycanın üç yunan-Roma güləşçisi Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində yarımfinala yüksəlib.
Sportnet.az xəbər verir ki, Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) bu raundadək irəliləməyi bacarıb.
Murad Əhmədiyev (97 kq) isə 1/4 finalda uduzub.
Yarımfinallar Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, hər çəkidə üç idmançı olimpiadaya lisenziya əldə edəcək. Turnir mayın 12-də başa çatacaq.
-----------------------------------
Bu gün Azərbaycanın yunan-Roma güləşçiləri Türkiyənin İstanbul şəhərində keçiriləcək Dünya Olimpiya Təsnifat turnirində mübarizəyə başlayacaq.
Sportnet.az xəbər verir ki, ilk gündə yığmanın 4 üzvü xalça üzərinə çıxacaq.
Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq), Murad Əhmədiyev (97 kq) və Sabah Şəriəti (130 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmağa çalışacaq.
Yunan-Roma güləşi
60 kq
Təsnifat mərhələsi
Murad Məmmədov – Aleksandrs Yurkyans (Latviya)
87 kq
Təsnifat mərhələsi
Rafiq Hüseynov – İlyas Paqkalidis (Yunanıstan)
97 kq
Təsnifat mərhələsi
Murad Əhmədiyev – Riçard Karelson (Estoniya)
130 kq
Təsnifat mərhələsi
Sabah Şəriəti – Nikolaos Ntunyas (Yunanıstan)
Qeyd edək ki, hər çəkidə üç idmançı olimpiadaya lisenziya əldə edəcək. Turnir mayın 12-də başa çatacaq.