Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
Sportnet.az xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda türkiyəli Elvira Kamaloğluna 5:3 hesabı ilə qalib gəlib.
Bu gün, həmçinin digər qadın güləşçimiz Mərziyyə Sadıqova (72 kiloqram) bürünc medal görüşünə çıxacaq.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycan güləşçiləri ümumilikdə 10 medal qazanıblar. Ziya Babaşov (63 kiloqram), Xasay Həsənli (77 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) qitə çempionu olublar. Nihad Quluzadə (60 kiloqram) gümüş, Rəşad Məmmədov (55 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Laçın Vəliyev (87 kiloqram), Murad Əhmədiyev (97 kiloqram), Elnurə Məmmədova (53 kiloqram) və Ruzanna Məmmədova (59 kiloqram) isə bürünc medala yiyələniblər.
---------------------------------------
Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova Bakıda keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.
Sportnet.az xəbər verir ki, 53 kiloqram çəkidə mübarizə aparan idmançı həlledici qarşılaşmada ukraynalı Liliya Malançukla üz-üzə gəlib.
Rəqibinə məğlub olan E. Məmmədova gümüş medalla kifayətlənib.
Bu gün, həmçinin digər qadın güləşçilərdən Jalə Əliyeva (57 kiloqram) qızıl, Mərziyyə Sadıqova (72 kiloqram) isə bürünc medal uğrunda görüşə çıxacaq.
Qeyd edək ki, Avropa çempionatının ilk 4 günündə Azərbaycan ümumilikdə 9 medal qazanıb. Ziya Babaşov (63 kiloqram), Xasay Həsənli (77 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) qitə çempionu olublar. Nihad Quluzadə (60 kiloqram) gümüş, Rəşad Məmmədov (55 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Laçın Vəliyev (87 kiloqram), Murad Əhmədiyev (97 kiloqram) və Ruzanna Məmmədova (59 kiloqram) isə bürünc medala yiyələniblər.