
Əfsanəvi amerikalı boksçu Mayk Tayson təyyarə ilə səyahət edərkən halı qəflətən pisləşib.
Sportnet.az "The New York"a istinadən xəbər verir ki, 57 yaşlı dünya çempionunun olduğu təyyarə ABŞ-nin Los Anceles şəhərindən Mayamiyə uçuşda olarkən onun səhhətində problem yaranıb.
Hadisədən dərhal sonra M.Taysona zəruri tibbi müayinə göstərilib və onun vəziyyəti stabilləşdirilib.
Qeyd edək ki, "Dəmir Mayk"ın iyunun 20-si məşhur bloqqer Ceyk Pola qarşı döyüşü olacaq.