Azərbaycan sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində finala yüksəlib.
Sportnet.az xəbər verir ki, Maqomedxan Maqomedov (97 kq) bu raundadək irəliləyə bilib.
Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) yarımfinalda məğlub olublar.
Giorgi Meşvildişvili (125 kq) isə zədələndiyi üçün 1/4 finalda mübarizəni dayandırıb.
Qeyd edək ki, iyunun 9-da başa çatacaq yarışda Azərbaycanın yunan-Roma güləşçiləri də çıxış edəcəklər.
----------------------------------------
Bu gün Azərbaycanın 4 sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində mübarizəyə başlayacaq.
Sportnet.az xəbər verir ki, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) xalça üzərinə çıxacaq.
Görüşlər saat 12:30-da start götürəcək.
Qeyd edək ki, iyunun 9-da başa çatacaq yarışda Azərbaycanın yunan-Roma güləşçiləri də çıxış edəcəklər.