Rusiya Boks Federasiyası azərbaycanlı boksçu Cavid Rzayevi yarışlardan ömürlük kənarlaşdırıb.
Sportnet.az xəbər verir ki, buna Hardkor təşkilatının keçirdiyi yarışdakı qalmaqal səbəb olub.
Xatırladaq ki, azərbaycanlı boksçu Rusiya idmançısı Sergey Prixodkonu məğlub etdikdən sonra digər boksçu Artur Kulinskini “rus donuzu” adlandıraraq təhqir edib. Ardınca Rzayev dava salmaq istəsə də, bunun qarşısı aparıcı tərəfindən alınıb.
Qalmaqaldan sonra Rusiya Boks Federasiyası Baş Prokurorluğundan azərbaycanlı döyüşçünün ekstremizmlə bağlı ifadələrinin yoxlanılmasını tələb edib.