
Azərbaycanın və Gürcüstanın Cüdo federasiyaları arasında müxtəlif yaş qrupları üçün liqa təşkil ediləcək.
Sportnet.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Milli Mətbuat Günü münasibətilə təşkil olunan tədbirdə məlumat verib. O, artıq bununla bağlı ilkin razılığın əldə olunduğunu bildirib. Liqada 8 komandanın olacağını söyləyən R.Rəsullu yarışın formatı barədə fikir mübadiləsi aparılacağını qeyd edib.
Yarışın məqsədi klublar, idmançılar və məşqçilər üçün əlavə dəstək sistemini işə salmaqdır.