
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iyunun 8-dən 20-ə qədər Gürcüstanın Tbilisi şəhərində təlim-məşq toplanışında olacaq, 21-27 iyun tarixlərində isə Qazaxıstanın Astana şəhərində təşkil olunacaq "Prezident kuboku”turnirində iştirak edəcək. Sportnet.az-ın məlumatına görə, Tbilisidəki toplanış ərzində yığmamızın iki yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub.
"Prezident kuboku” turnirində yığmamızın keçirəcəyi oyunların təqvimini diqqətinizə çatdırırıq:
22 iyun
Belarus – Azərbaycan
23 iyun
Rusiya-2 – Azərbaycan
25 iyun
Gürcüstan – Azərbaycan







































































