1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
PFL rəsmisi azarkeşlərlə yaşanan insidentə aydınlıq gətirdi
Azərbaycan kubokunun final matçından öncə "Qarabağ" azarkeşləri ilə Peşəkar Futbol Liqasının Hakim və Hakimlərə Nəzarət Komitəsinin sədri Elçin Məmmədov arasında yaşanan insidentə aydınlıq gəlib. Hadisənin detalları ilə bağlı Məmmədov Sportnet.az-a danışıb.
O, bildirib ki, qalmaqal anlaşılmazlıq ucbatından baş verib: "Azarkeşlər pankartlarını reklam bannerlərinin üzərinə asırdılar. Bununla bağlı onları məlumatlandırdıq. Sadəcə azarkeşlər bizi anlamadı. Fan-klub rəhbəri ilə danışdıq və vəziyyəti izah etdik. Sonra onlar pankartlarını söküb yuxarıdan vurdular. Hər şey qaydasındadır".
Qeyd edək ki, "Qarabağ" - "Neftçi" qarşılaşması 3:1 hesabı ilə başa çatıb və Ağdam təmsilçisi Azərbaycan kubokunu qazanıb.