
FİFA İcraiyyə komitəsinin keçmiş üzvü Çak Bleyzer dünya çempionatlarına ev sahibliyi edəcək ölkələrin seçilməsi zamanı rüşvət aldığını etiraf edib. Sportnet.az-ın məlumatına görə, Bleyzer 2010-cu ildə dünya çempionatının Cənubi Afrika Respublikasında keçirilməsini dəstəklədiyi üçün də rüşvət aldığını bildirib.
O deyib: "Mən və FİFA-nın icraiyyə komitəsinin digər üzvləri Cənubi Afrika Respublikasının 2010-cu ildə dünya çempionatının ev sahibi seçilməsi üçün rüşvət almağa razılaşmışdıq”.





































































