
İngiltərə Futbol Assosiasiyasının rəhbəri DÇ-2018-in Rusiyadan Böyük Britaniyaya ötürülməsini istisna edib. Sportnet.az-ın məlumatına görə, bu barədə "Qazeta.ru" xəbər verib.
"Biz 2018-ci ilin dünya çempionatını keçirməyəcəyik və 2022-ci ilin dünya birinciliyini də qəbul etməyəcəyik. Əks təqdirdə, bütün bunlar FİFA-ya qarşı kampaniyanın şəxsi maraqlara görə aparıldığı kimi görünəcək. Rəsmi araşdırma bitənədək və hansısa pozulmalar sübut olunanadək heç kim Rusiya və ya Qətərə qarşı heç nə edə bilməyəcək", - Qreq Dayk belə deyib.







































































