"Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası Qazaxıstanda keçirilən beynəlxalq turnirdə 2-ci oyununu keçirib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "qırmızı-qaralar” Almatı şəhərinin yığması ilə qarşılaşıb.
İlk oyunda "Kayrat”ı böyükhesabla məğlub edən (4:1) Famil Xəlilovun yetirmələri bu dəfə də meydandan 3 xalla ayrılıblar. "Qəbələ” bu qarşılaşmada da böyük hesabla qalib gəlib. 5 cavabsız qol vuran komandamızda Elvin İmanlı het-trikə imza atıb. Digər qolları isə Cavidan Qasımlı və İlkin Abdullayev vurublar.
İlk iki oyunda böyükhesablı qələbə qazanan "qırmızı-qaralar” turnirdə son oyununu iyunun 8-də Qırğızıstanın "Abdış-Ata” komandasına qarşı keçirəcək. Bu matç saat 10:00-da başlayacaq.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |