Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Millətlər Liqasının C Divizionunun 3-cü qrupunda Lüksemburq və Şimali İrlandiya yığmaları arasında keçirilmiş VI tur oyununu idarə edib.
Sportnet.az xəbər verir ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Referiyə yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək ediblər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirib.
Məsiyev bu matçda futbolçulara ümumilikdə üç sarı vərəqə göstərib.