
Ingiltərənin "Çelsi” klubunun baş məşqçisi Joze Mourinyo altı ay müddətində avtomobil idarə etməkdən məhrum olub. Sportnet.az-ın məlumatına görə, məhkəmə portuqaliyalı mütəxəssisə sürəti artırdığı üçün 1250 avro cərimə kəsib.
Mourinyo qayda pozuntusunu ötən ilin sentyabr ayında edib. O, avtomobili ilə sürət nişanı 80 km/saat olan yolda sürət həddini 97 km/saat aşıb.










































































