İngiltərənin "Nyukasl" klubunun yeni baş məşqçisinin adı açıqlanıb. Sportnet.az-ın məlumatına görə, kluba Stiv Maklaren başçılıq edəcək.
İngiltərə millisinin sabiq baş məşqçisi ilə 3 illik müqaviləyə imza atılıb.
Maklaren mətbuata açıqlamasında keçidi ilə bağlı hisslərini belə ifadə edib: "Nyukasl" möhtəşəm keçmişə sahib böyük klubdur. Mən çox həyəcanlıyam. Bu bölgə üçün klubun necə vacib olduğunu bilirəm. "Nyukasl" azarkeşləri dünyanın ən çılğın tərəfdarlarından hesab olunur. Onlara minnətdarlıq bildirməliyik".
Qeyd edək ki, Maklaren ötən mövsüm "Derbi" klubuna başçılıq edib. "Nyukasl" isə mövsümə Alan Pardyu rəhbərliyi altında başlayıb, Con Karverin rəhbərliyi altında bitirib.