
"Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov "Neftçi"yə 2:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XVI tur oyunundan sonra keçirilmiş mətbuat konfransında kövrəlib.
Sportnet.az xəbər verir ki, mütəxəssis mərhum atası Füzuli Cavadovla bağlı sualı cavablandırarkən emosional anlar yaşayıb.
"Ailə olaraq “Neftçi”liyik. Kaş, atam da bu günü görərdi. Karyeram boyunca necə yanımda olmuşdusa, indi də sevinərdi. “Neftçi”li olsaq da, buna sevinərdi. Şükürlər olsun, qələbə qazandıq. Bu qələbəni ona həsr edirəm. Atamın üzərində böyük əməyi olub, - Cavadov bildirib.