
Azərbaycan Prezidenti İlham Əliyevin nəvələri Əli, Mikayıl və Əminə Ağalarovlar Bakıda səfərdə olan ABŞ-nin “İnter Mayami” klubunun futbolçuları – Lionel Messi, Luis Suares, Serxio Buskets və Jordi Alba ilə görüşüblər.
Sportnet.az xəbər verir ki, onlar bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.
Ağalarovlar paylaşımda qeyd ediblər ki, Azərbaycana xoş gəlmisiniz.
Messi, Suares, Buskets bu gün Bakı Kristal Zalında baş tutacaq görüşdə iştirak edəcəklər.