Azərbaycanın beynəlxalq dərəcəli hakimi Elçin Məsiyev FIFA-da I kateqoriyaya yüksəlib.
Sportnet.az Azərtac-a istinadən xəbər verir ki, 33 yaşlı referi beynəlxalq oyunlarda yüksəksəviyyəli idarəçiliyinə görə bu kateqoriyaya layiq görülüb.
O, müstəqillik dövründə bu pilləyə yüksələn ikinci azərbaycanlı hakimdir. Daha əvvəl Əliyar Ağayev bu uğura imza atıb.