Azərbaycan Premyer Liqasının XX turunun “Qarabağ” – “Turan Tovuz” (1:2) oyunundan sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…
– Uşaqlara axrıncı ağır ev məğlubiyyətindən sonra təşəkkür edirəm ki, bu oyun maksimum güclə mübarizə apardılar. Bütün detallarda uduzsalar da son dəqiqəyə qədər mübarizə apardılar. Şükürlər olsun ki, şanslarımız da oldu.
– “Kəpəz”lə oyundan fərqli olaraq bu matçda nəyi dəyişdiz?
– Futbolçuların hər biriylə fərqli danışdıq. Ki, həmin oyundan fərqli olaraq bu matça daha diqqətlə yanaşmalıyıq. Evdəki həmin məğlubiyyət bir də təkrarlanmayacaq.
– Çempionatın liderinə qarşı oynamaqla o oyunun fərqi var idi?
– Əslində “Kəpəz”lə son 2 matçımız ən pis oyunumuz idi. Yanaşma bir qədər fərqli idi. Biz də bunu dəyişdik.
– “Qarabağ” FCSB-ya künc zərbələrindəki qollardan sonra məğlub oldu. Bu oyunda ilk qolu da künc zərbəsindən vurdunuz. Xüsusi hazırlaşmışdınız?
– Həm hücum, həm də müdafiə ilə bağlı standart vəziyyətlər üzərində çalışırıq.
- Veysəl Rzayevin sol cinah müdafiəçisi kimi performansını necə üiymətləndirirsiz?
- Bu gün Veysəl yaxşı oynadı. Akademiyada o həm sol, həm də sağ cinah müdafiəçisi kimi oynayıb. Onun üçün fərqli mövqe deyil.
– Oyunda 2 penalti epizodu oldu, amma verilmədi. Siz necə düşünürsünüz?
– Adətən hakimliklə bağlı sualları cavablandırmıram. Amma mənim olduğum mövqedən penalti olduğu görünürdü. Epizodu incələməmişəm.
– “Qarabağ”a qarşı 3-cü matçda da məğlub olmadınız. Qurban Qurbanovun zəif nöqtəsini tapmısınız?
– Bu cür baş məşqçiyə qarşı oynamaq asan deyil. Allah bizə kömək edir. “Qarabağ” Azərbaycan futbolunun flaqmanıdır. Qurbanov da onun memarıdır.
– Bu ölkə çempionatının ən güclüsünü məğlub etdiniz. Tarix yazmağa hünəriniz var?
- Hər şey Allahın əlindədir.