Misli Premyer Liqasının XX turu Emil Balayev üçün əlamətdar olub.
Sportnet.az xəbər verir ki, “Neftçi”nin qapıçısı Azərbaycan çempionlarında 100-cü matçını keçirib.
Onun yubileyi “Araz-Naxçıvan”la səfər görüşünə (1:2) təsadüf edib. Emil bu görüşlərdə 126 top buraxıb.
O, Premyer Liqada 4 komandada forma geyinib. Balayev “Neftçi”də 13 (13 top buraxıb), “Səbail”də 69 (101 top buraxıb), “Zirə”də 1 (1 top buraxıb), “Qarabağ”da 17 (11 top buraxıb) matç keçirib.
Qeyd edək ki, Emil ölkə çempionatları tarixində 100 və daha çox oyun keçirən 38-ci qapıçıdır.