"Santos"un prezidenti Marselo Teyşeyra Neymarın transferini açıqlayıb.
Sportnet.az xəbər verir ki, o, bu barədə öz sosial şəbəkə hesabında video paylaşıb.
Paylaşımda braziliyalı hücumçunun gənc yaşlarında klubdakı çıxışı, ilk müqaviləsi və böyüdükdən sonra komandaya qayıdışı göstərilib.
Bildirilib ki, Neymarla 6 aylıq müqavilə imzalanacaq.
Qeyd edək ki, Neymar "Santos"un yetirməsidir. O, bu yaxınlarda "Əl-Hilal"la yollarını ayırıb.