Yunanıstanın “Olimpiakos” klubu Avropa Liqasının VIII turunda “Qarabağ”la keçirəcəyi oyunu görmə imkanları məhdud azarkeşlərin də izləmələri üçün stadionda xüsusi yerlər ayırıb.
Sportnet.az “Olimpiakos”un rəsmi səhifəsinə istinadən xəbər verir ki, "Georgios Karaiskakis" stadionundakı həmin yerlərə giriş ödənişsiz olacaq.
Bunun üçün xüsusi nömrələr ayrılıb və mobil tətbiqlərdə imkan yaradılıb. Əlilliyi təsdiqlənən hər kəs bu xidmətlərdən yararlanaraq “Qarabağ”la matçı xüsusi cihazlar vasitəsilə izləyə bilər.
Qeyd edək ki, oyun bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.