Niko Kovaç Dortmund “Borussiya”sının baş məşqçisi təyin olunub.
Sportnet.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Kovaç yanvarın 22-də istefaya göndərilən Nuri Şahinin gedişindən sonra boş qalan postu tutub. 53 yaşlı mütəxəssislə 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Mütəxəssis “Borussiya”da işinə “Hoffenhaym”la matçdan sonra - fevralın 2-də başlayacaq.
Qeyd edək ki, Kovaç əvvəllər Xorvatiya millisi, "Ayntraxt", "Bavariya", "Monako" və "Volfsburq"u çalışdırıb.