"Kəpəz" Misli Premyer Liqasının XXI turunda "Sabah"a qalib gəlib.
Sportnet.az xəbər verir ki, turun açılış matçı Tovuz şəhər stadionunda baş tutub.
Gəncə təmsilçisinin heyətində Mahamadu Ba (11), Əli Səmədov (54) və Rauf Hüseynli (64-p.) fərqlənib. Bakı klubunun qollarını isə Pavol Safranko (6-p.) və Cesse Sekidika (45+3) vurub. Qonaqların heyətində İqor Noqeyro 63-cü dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
"Sabah" turnir cədvəlində 28 xalla 5-ci, Gəncə təmsilçisi 17 xalla 9-cu pillədə qərarlaşıb.
Saat 18:30-da isə "Neftçi" doğma meydanda "Şamaxı"nı sınağa çəkəcək. "Ağ-qaralar" 18 xalla yeddinci, qonaqlar 17 xalla səkkizincidir.
Qeyd edək ki, tura fevralın 2-də yekun vurulacaq.
Misli Premyer Liqası
XXI tur
31 yanvar (cümə)
16:00. “Kəpəz” – “Sabah” - 3:2
Qollar: Mahamadu Ba, 11, Əli Səmədov, 54, Rauf Hüseynli (p.), 64 - Pavol Safranko (p.), 6, Cesse Sekidika 45+3
Qırmızı vərəqə: İqor Noqeyra, 63
Baş hakim: Fərid Hacıyev