
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Sportnet.az xəbər verir ki, son matçda "Səbail" və "Qarabağ" komandaları üz-üzə gəliblər. "ASCO Arena"dakı qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 35-ci dəqiqədə Yassin Benzia vurub.
Qeyd edək ki, 1/4 final mərhələsinin əvvəlki matçlarında "Neftçi" səfərdə "Kəpəz"i iki, "Araz-Naxçıvan" evdə "Zirə"ni bir cavabsız qolla üstələyib, "Sabah" - "Sumqayıt" matçında isə qolsuz heç-heçə qeydə alınıb. Bu raundun cavab görüşləri fevralın 27-28-də keçiriləcək.
------------------------------------
Azərbaycan Kubokunda 1/4 finalın daha bir oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, "Araz-Naxçıvan" "Liv Bona Dea Arena"da "Zirə" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 61-ci dəqiqədə penaltidən Bernardu Diaş vurub.
Komandalar arasında cavab matçı fevralın 28-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.
Günün digər oyununda “Qarabağ” səfərdə “Səbail”lə üz-üzə gələcək. Görüş saat 18:30-da start götürəcək. Bu qarşılaşma ilə 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Qeyd edək ki, bu mərhələnin əvvəlki matçlarında "Neftçi" səfərdə "Kəpəz"i iki cavabsız qolla üstələyib. "Sabah" - "Sumqayıt" matçında isə qolsuz heç-heçə qeydə alınıb. 1/4 finalın cavab görüşləri fevralın 27-28-də keçiriləcək.
--------------------------------------
"Qarabağ" futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində ilk oyununu bu gün keçirəcək.
Sportnet.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv "Səbail"in qonağı olacaq.
Qarşılaşma saat 18:30-da start götürəcək.
Günün ilk görüşündə "Araz-Naxçıvan" və "Zirə" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Matç saat 16:00-da başlayacaq.
Bu cütlərdə cavab oyunları müvafiq olaraq fevralın 27-si və 28-də təşkil olunacaq.
Azərbaycan Kuboku
1/4 final mərhələsi, ilk oyunlar
6 fevral
16:00. “Araz-Naxçıvan” – “Zirə” - 1:0
Qol: Bernardo Dias, 61 (penalti ilə)
Hakimlər:, Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Əli Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Liv Bona Dea Arena”
18:30. “Səbail” – “Qarabağ” - 1:0
Qol: Yassin Benzia, 35
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Teymur Teymurov, Kamranbəy Rəhimov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: İlham Əliyev.
“ASCO Arena”
Qeyd edək ki, ötən gün "Neftçi" səfərdə "Kəpəz"i iki cavabsız qolla üstələyib. "Sabah" - "Sumqayıt" matçında isə hesab açılmayıb.