"İkinci hissənin ilk 15 dəqiqəsində səhvlər buraxdıq. Nəticədə toparlana bilmədik və uduzduq".
Sportnet.az xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Bakıda "Sabah" komandasına 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XX tur matçından sonra mətbuat konfransında deyib.
73 yaşlı mütəxəssis bildirib ki, rəqibin ikinci qolu zamanı baş hakimlə mübahisə olub və nəticədə rmeydan sahibləri əks-hücumda fərqlənib. O, hakimlikdən danışmaq istəməyib:
"Yoruldum deməkdən ki, hücumçumuz Joarlem Santosu ikinci oyundur tuturlar, amma yenə xeyri yoxdur. Mənim deməyimlə nə isə dəyişəcəksə, hakimlikdən danışa bilərəm".