
İtaliyanın əfsanəvi futbolçusu Alessandro Del Pyero məşqçiliyə başlamaq niyyətindədir. Sportnet.az-ın məlumatına görə, bu barədə 40 yaşlı hücumçu "La Gazzetta dello Sport"a açıqlamasında bildirib.
O deyib: "ABŞ-da uşaqlara məşq keçəcəm və 3 məşqçilik seminarında iştirak edəcəm".
Qeyd edək ki, Del Pyero karyerasının çox hissəsini İtaliyanın "Yuventus" klubunda keçirib, titul və qol sayına görə rekord qırıb. 2012-ci ildən sonra isə iki il Avstraliyanın "Sidney" klubunda çıxış edib. Karyerasını isə Hindistanın "Deli Dinamos" klubunda başa vurub.









































































