
AFFA U-15 Liqasının “Metak” – “Səbail” oyunu bitdikdən sonra insident baş verib.
Sportnet.az xəbər verir ki, iki komandanın 9 futbolçusu təcavüzkar davranışa yol verib.
"Metak"ın oyunçularından Seyfəddin Heydərov, Amir Tahirov, Seyid Davidov və Əli Zamanov, "Səbail"dən Nizami Hüseynli, Hüseyn Hüseynli, İlkin Mikayılov, Hüseyn Saracev və Raul Nəsirli birbaşa qırmızı vərəqə alıblar. AFFA İntizam Komitəsi onların hər birini 4 oyunluq cəzalandırıb.
"Metak"ın cəzalı baş məşqçisi Mehman Səfərov isə hakimləri təhqir edib. Nəticədə İntizam Komitəsi onun cəzasının üstünə daha 5 oyun əlavə edib.
Qeyd edək ki, Qusar rayonunun Şirvanlı kənd stadionunda keçirilmiş görüş "Səbail"in qələbəsi ilə yekunlaşıb - 4:3.