
Yeni dönəmə başlayan "Kəpəz” PFK-da bu gün – iyunun 18-də gəncəli futbol veteranları ilə klub rəhbərliyinin və Müşahidə Şurasının üzvlərinin görüşü keçiriləcək. Sportnet.az-ın məlumatına görə, klubun tarixi olan veteranlarla görüşdə "Kəpəz”in gələcək planları, stadionda görüləcək işlərlə bağlı məlumat veriləcək, qocaman futbolçuların fikri öyrəniləcək.
Görüş Gəncə şəhər stadionunda saat 17:00-da başlayacaq. Bütün veteranlar və mətbuat nümayəndələri görüşə dəvətlidir.
Qeyd edək ki, sabah – iyunun 19-da saat 17:00-da azarkeşlərlə də görüş keçiriləcək. Bu tədbirdə də iştirak etmək istəyənlər şəhər stadionuna təşrif buyura bilərlər.










































































