"Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin bu gün "Anji" klubu ilə müqavilə imzalayacaq. Sportnet.az-ın məlumatına görə, rusiyalı mütəxəssis ilə "1+1" sxemi üzrə saziş bağlanacaq.
Artıq Syominin Maxaçqala klubunda köməkçilərinin də adları açıqlanıb. O, keçmiş klubu "Mordoviya"da olduğu kimi, "Anji"də də oğlu Andrey Syomin ilə Yuri Baturenko ilə birgə çalışacaq.