
Futbol üzrə Türkiyə Kubokunun bu gün keçiriləcək görüşündə Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” səfərdə Coşqun Diniyevin yeni komandası “Çorum”un qonağı olacaq.
Sportnet.az xəbər verir ki, C qrupunun 3-cü tur görüşündə tərəflər ilk xal uğrunda mübarizə aparacaqlar.
Azərbaycan milli komandasının futbolçuları arasındakı qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
Qeyd edək ki, C qrupunda yer alan hər iki klubun hələlik xalı yoxdur. “Boluspor” ilk görüşdə “Qalatasaray”a, “Çorum” isə “Başakşehir”ə uduzub - 1:4. Türkiyə Kubokunun yeni formatına əsasən, qrupda ilk 2 yeri tutan komandalar 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. Azərbaycanlı futbolçuların klubları nəticədən asılı olmayaraq, növbəti mərhələ şanslarını itiriblər.