
Bu gün səhər saatlarında Güney Azərbaycanın müxtəlif şəhərlərindən "Traktor" futbol komandasının tərəfdarlarının Təbrizə axın başlayıb.
Sportnet.az xəbər verir ki, bu barədə yerli sosial şəbəkə hesablarında məlumat yazılıb.
Məlumata görə, Urmiya, Qoşaçay, Binab, Sulduz, Marağa, Kərəc, Zəncan və başqa şəhərlərdən minlərlə azərbaycanlı bu gün Təbrizin "Traktor" və İsfahanın "Sepahan" komandalarınn qarşılaşmasını izləmək üçün Təbrizin "Səhənd" (Yadiqari İmam) stadionuna üz tutublar.
Son məlumatlara görə, hazırda stadionda yerlərin hamısı dolub, stadion ətraf təplərdə minlərlə "Traktor"çunun toplaşdığı bildirilir.
Qeyd edək ki, Fars Körfəzi Liqasının XXI tur oyunu artıq start götürüb. Hazırda hesab açılmayıb.