
Futbol üzrə İtaliya milli komandasının Almaniya yığması ilə UEFA Millətlər Liqasının pley-off mərhələsinin oyunları üçün heyəti açıqlanıb.
Sportnet.az xəbər verir ki, "Skuadra Adzurra"nın baş məşqçisi Luçano Spaletti martın 20-də və martın 23-də baş tutacaq qarşılaşmalar üçün 25 oyunçuya dəvət göndərib.
Qapıçılar: Canluici Donnarumma (PSJ, Fransa), Aleks Meret ("Napoli", İtaliya), Gilyelmo Vikario ("Tottenhem", İngiltərə)
Müdafiəçilər: Alessandro Bastoni (“İnter”, İtaliya), Alessandro Buoncorno, Covanni Di Lorentso (hər ikisi “Napoli”, İtaliya), Rikkardo Kalafiori (“Arsenal”, İngiltərə), Andrea Kambyazo, Federiko Qatti (hər ikisi “Yuventus”, İtaliya), Pyetro Komutso (“Fiorentina”, İtaliya), Matteo Ruceri (“Atalanta” İtaliya), Destini Udoci ("Tottenhem", İngiltərə).
Yarımmüdafiəçilər: Nikolo Barella, Davide Frattezi (hər ikisi "İnter", İtaliya), Çezare Kazadei, Samuele Riççi (hər ikisi "Torino", İtaliya), Nikolo Rovella ("Latsio", İtaliya), Sandro Tonali ("Nyukasl Yunayted", İngiltərə).
Hücumçular: Moyze Kin ("Fiorentina", İtaliya), Lorentso Lukka ("Udineze", İtaliya), Daniel Maldini, Mateo Reteqi ("Atalanta", İtaliya), Matteo Politano, Cakomo Raspadori (hər ikisi "Napoli", İtaliya), Mattia Zakkanyi ("Latsio", İtaliya).