
Fernandu Santuşun göstərişlərini yerinə yetirməyə çalışacağıq”.
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının futbolçusu Bəhlul Mustafazadə Haiti ilə yoxlama oyunundan öncə keçirilən mətbuat konfransında deyib.
28 yaşlı müdafiəçi rəqibin yaxşı oyunçulara malik olduğunu bildirib: “Haiti millisi bizə o qədər də tanış deyil, amma oyunlarını izləmişik. Yaxşı oyunçilara malikdilər. Bizi maraqlı görüş gözləyir.
O, qələbə qazanmaq istədiklərini açıqlayıb: “Millidə ab-hava yaxşıdır. Komanda olaraq qələbə qazanmaq istəyirik”.
Mustafazadə milliyə yeni dəvət olunan futbolçulara kömək etdiklərini vurğulayıb: “Yeni gələnlər çox həvəslidirlər, millinin formasını geyinmək istəyirlər. Təcrübəli fubolçular onlara adaptasiya prosesində köməklik göstərirlər”.
Qeyd edək ki, martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan - Haiti matçı saat 22:45-də başlanacaq.