
Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisinin Avropa çempionatının əsas mərhələsinin oyunları üçün Xorvatiyaya yollanacaq heyəti açıqlanıb.
Sportnet.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi İlqar Aslanovun rəhbərliyi altında bu gün Bakıda son məşqini keçirən yığmanın heyətinə ikisi qapıçı olmaqla 14 futzalçı dəvət edilib.
Qapıçılar: Hüseyn Abdulov, Əli Həsənzadə
Oyunçular: Rəvan Məşiyev, Oqtay Mahmudzadə, Ədalət Ələkbərov, Hüseyn Cəfərzadə, Pünhan Qasımzadə, Nazim Hüseynov, Bəyoğlan Vəlizadə, Fariz Hüseynov, Rəvan Quliyev, Elgün Sadıqlı
Qeyd edək ki, U-19 martın 26-da Bosniya və Herseqovina, ertəsi gün Xorvatiya, martın 29-da isə Türkiyə yığması ilə qarşılaşacaq. Hər üç görüş Ribnjak İdman Sarayında baş tutacaq. Qrup oyunlarını birinci pillədə bitirəcək komanda final mərhələsinə vəsiqə qazanacaq.