
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Şimali Makedoniya ilə yoldaşlıq görüşündə təqdirəlayiq davranışla yadda qalıb.
Sportnet.az xəbər verir ki, dövlət himnləri səsləndirildiyi vaxt Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv arxa tərəfdəki Azərbaycan bayrağına tərəf dönüb.
Rəqib isə hətta Şimali Makedoniyanın himni çalındığı vaxt da öz bayraqlarına tərəf çevrilməyib.
Qeyd edək ki, hazırda hesab bərabərdir - 0:0.