
Argentina və Braziliya milli komandaları 2026-cı il dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə oyununda üz-üzə gəlib.
Sportnet.az-ın məlumatına görə, Buenos Ayresdəki "Monumental" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:1.
Hesabı 4-cü dəqiqədə Xulian Alvares açıb.
13-cü dəqiqədə Entso Fernandes komandasının ikinci qolunu vurub.
26-cı dəqiqədə Mateus Kunya fərqi azaltsa da, bundan cəmi 11 dəqiqə sonra Aleksis Makalister meydan sahiblərinin üçüncü qoluna imza atıb.
68-ci dəqiqədə meydana çıxan Culiano Simeone cəmi 6 dəqiqə sonra Brazilyanın qapısından 4 cü topu keçirib.
Bu qələbə sayəsində xalını 31-ə çatdıran Argentina millisi Cənubi Amerika zonasından dünya çempionatına vəsiqə qazanan ilk komanda olub. Braziliya isə 21 xalla 4-cüdür.
Digər tərəfdən, Argentina Braziliyanı seçmə mərhələnin hər iki matçında məğlub etməyi bacaran ilk ölkə olub. Üstəlik, tarixdə ilk dəfə "albiseleste" "pentakampeonlar"ın qapısından 4 top keçirib.